Yay aylarında ən çox üstünlük verdiyimiz, daimi olaraq çimərlik, gəzinti, və bir çox digər yerlərə geyindiyimiz rezin barmaqlıqlar həkimlərin dediyinə görə tibbi nöqteyi nəzərdən ziyanlıdır.
Bu növ ayaqqabı pəncə üçün müdafiəni təmin edə bilmədiyinə görə, ayaq-baldır əzələləri dartınır və Axilles vətəri (baldır əzələlərinin dabana bağlı olan vətəri) gərginləşir. Məhz bu səbəbdən oynaq və beldə problemlər yaranır.
Barmaqlıqlar adətən nazik özüllü(ayaqqabının altı) olduğundan ayaq torpaqla daha çox kontaktda olur. Bu isə sümük və oynaqlar üçün təhlükəlidir. Arxa dayağın olmadığına görə isə daimi olaraq onların ayaqda saxlanılması üçün edilən cəhd, tarazlığın itirməsinə gətirə bilər.
Çox hallarda bu növ ayaqqabı geyinən insanlarda baş barmaqda şişintinin yaranması və barmaqlar arası olan dayağın barmaqların arasını sürtməsi bir başa problemə çevrilə bilir. Belə ki, göbələyin ilk yarandığı sahə olub, sonradan daha aktiv inkişafına səbəb ola bilər.
Bundan əlavə hər birimizin bildiyinə görə rezin, həm də nəm olduğu halda bakteriyaların yaranması üçün lazım olan ən ideal mühit sayılır...
Bu səbəblərə əsasən,əgər sağlam ayaqlara sahib olmaq istəyirsinizsə, bu növ ayaqqabılardan uzunmüddətli istifadə etməyin!
Saglamolun.Az