Kamçatkada 14 yaşlı qız zəlzələ anında uşaq dünyaya gətirib

 

Kamçatkada baş verən 8.7 bal gücündə zəlzələ anında 14 yaşlı qız uşaq dünyaya gətirib.

Məlumata görə, doğuş zamanı qızın yanında onun 35 yaşlı anası, anestezioloq və mama-ginekoloq olub.

Həkimlər özlərini itirməyiblər və doğuş uğurla keçib, 2 kq 950 qram çəkidə sağlam qız uşağı dünyaya gəlib. Körpəyə Evelina adı verilib.

Ailə yerli hakimiyyət orqanlarına həkimlərin dövlət mükafatına təqdim edilməsi ilə bağlı müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, Bakı vaxtı ilə səhərəyaxın 3:24-də Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib.

Saglamolun.Az