Bu ilin ilk beş ayında 42 üçəm doğulub

 

DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

Cari ilin yanvar-aprel aylarında ölkədə 31 462 körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə sözügedən göstərici azalaraq 10-dan 9.4-ə düşüb.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.4 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.6 faiz olub.

Bu ilin yanvar-aprel aylarında ölkədə 20 535 ölüm halı qeydə alınıb ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 6.2-dən 6.1-ə düşüb.

Həmçinin, ilin ilk 5 ayında doğulan körpələrdən 1000-i əkiz, 42-si isə üçəm olub, deyə məlumatda bildirilib.

Saglamolun.Az