İNSAN 150 İL YAŞAYACAQMI?

YENİ ARAŞDIRMA

Tədqiqatçı deyir ki, insanlar indiki kimi uzun müddət yaşamaq üçün yaradılmayıb. Amma buna baxmayaraq insanların sağlamlığına diqqəti uzunömürlülüyün yaşını getdikcə artırır.

Amma “Nature Aging” jurnalında dərc olunan araşdırmaya görə, insan ömrünün son on illikdə artımları, tibbdəki yeni inkişaflara baxmayaraq yavaşlayır.

Tədqiqat qeyd edir ki, 20-ci əsrdə yüksək gəlirli ölkələrdə insanların doğuş zamanı gözlənilən ömür uzunluğu ictimai səhiyyədəki irəliləyişlər hesabına təxminən 30 il artıb.

Çikaqo İllinoys Universitetinin (UIC) tədqiqatçıları 1990-cı ildən Avstraliya, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, İspaniya, İsveç və İsveçrədə, eləcə də Honq-Konqda və ABŞ-da ən yüksək ömür uzunluğuna dair milli həyati statistikanı təhlil edib.

 1990-cı ildən etibarən tədqiqatın əhatə etdiyi ölkələrdə gözlənilən ömür uzunluğu cəmi 6,5 il artaraq, bu gün doğulan insanın ömrünün 100 ildən çox olacağı gözləntilərini şübhə altına alır.

 

Saglamolun.Az