İsveçrəli doktor BTİMM-də xəstə qəbul edəcək.


İsveçrənin Alpstein klinikasının baş həkimi doktor Ralf Oettmeyer Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin dəvəti ilə iyulun əvvəlində Azərbaycana gəlir. Əvvəlki səfərlərində olduğu kimi əcnəbi doktor iyulun 5-də də sözü gedən Müalicə Mərkəzində xəstə qəbulu həyata keçirəcək.


Xərçəngönü xəstəliklər və xərçəng xəstəliyinin müalicəsindən sonrakı dövrdə orqanizmin bərpası ilə bağlı böyük təcrübəyə malik R.Oettmeyer öz sahəsi üzrə dünyada tanınmış mütəxəssilərdəndir.


Həm nevroloji, həm də autoimmun və dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən pasientlər əcnəbi doktora müraciət edə bilərlər.İnsanın həyat tərzini və iş qabiliyyətini pozan Revmatoid-artrit, Bexterev xəstəliyi, qırmızı qurd eşənəyi, artroz kimi dayaq-hərəkət sistemi xəstəlikləri bütün dünyada olduğu kimi Azərbaycanda da artmağa və cavanlaşmağa doğru gedir. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi İtaliya, İsveçrə, Kolumbiya, Almaniya və s. ölkələrdən məşhur həkimləri ölkəmizə dəvət etməklə belə problemi olan pasientlərə geniş imkan yaradır. Məlumdur ki, autoimmun xəstəliklərin müalicəsi uzun zaman və çox maddi vəsait tələb edir.Bəzən bu səsəblərdən pasientlər ruhdan düşür, müalicəni axıra qədər davam etdirmirlər. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi əcnəbi doktorun təyinatından sonra həmin xəstələri nəzarətə götürür, onların davamlı olaraq müalicə prosedurlarına cəlb olunmasına şərait yaradırlar.


Parkinson, dağınıq skleroz, polineyropatiya, miopatiya,alsheymer kimi nevroloji xəstəliklər də doktor Ralf Oettmeyerin müalicə alanına daxildir.Pasientlər bu kimi problemlərlə də isveçrəli doktora müraciət edə bilərlər.

Öncədən qeydiyyat mütləqdir!
Bioloji Təbabət - İnteqrativ Müalicə Mərkəzi
Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89; (012) 430 89 49

Saglamolun.Az