Kök hüceyrə üzrə türkiyəli mütəxəssislər İnteqrativ Müalicə Mərkəzində - FOTO

Xəbər verdiyimiz kimi 7-8 may 2024-cü il  tarixində Azərbaycanda ilk dəfə  beynəlxalq “Kök hüceyrə və Regenerativ tibb kongresi” keçirilmişdir.  Kök hüceyrə  və regenerativ tibb sahəsində  ən son yeniliklərin  və aktual mövzuların müzakirə olunduğu beynəlxalq tədbirə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri də qatılmışdı.

İnteqrativ Müalicə Mərkəzinin qastroenteroloqu  Arzu Quliyeva həmin konqresdə  ” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi”  mövzusu ilə çıxış etmişdi.

Bağırsağın iltihabi xəstəliklərindən sayılan kron və xoralı kolit xəstəliklərinin müalicəsində Arzu doktorun əldə etdiyi uğurlu nəticələrin sorağı artıq ölkəmizin sərhədlərindən kənarda da pasientlərin diqqətini çəkib. Bu səbəbdən  adı çəkilən xəstəliklərdən əziyyət çəkən   əcnəbi vətəndaşlar  artıq müalicə üçün İnteqrativ Müalicə  Mərkəzinə müraciət edirlər.Konqresdəki çıxışının sonunda  Arzu xanımın bu sahədəki təcrübəsini əks etdirən videomateriallar  beynəlxalq tədbir  iştirakçılarının böyük marağına səbəb olmuşdu.

 Kök hüceyrə üzrə Türkiyəli mütəxəssislər  -- CureCell Biotechnology şirkətinin baş direktoru Duyunc Soyyöruk və həmin şirkətin Qastroenterologiya bölümünün müavini Burçin Zorlu konqresdən sonrakı günlərdə  Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin qonağı olublar. Mərkəzin onkoloq, terapevt, qastroenteroloq, ginekoloq, kosmetoloq və s. həkimlərinin iştirakı ilə keçirilən tədbirdə kök hüceyrənin tətbiqi ilə bağlı maraqlı  müzakirələr olub.Müzakirədən sonra  həkim və mütəxəssislər belə qənaətə gəliblər ki, İnteqrativ Tibblə Regenerativ Tibbin  birgə  tətbiqi  sayəsində  xroniki və degerenativ xəstəliklərin müalicəsində daha ekkektli nəticələr əldə etmək olar.

 

Saglamolun.Az