Mayın 6-dan Quba rayon mərkəzi xəstəxanasında insultdan müalicə alan və komada olan 38 yaşlı yazar Murad Muradov bu gün səhər 04.40-da tibb müəssisəsində vəfat edib.
Sağlamolun.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkələrdə paylaşım edib.
Eyni zamanda məlumatı Bizim.Media-ya özəl olaraq TƏBİB-in Quba rayon Mərkəzi Xəstəxanasının baş direktoru Əlyar Sərvərov verib.
Qeyd edək ki, bir neçə gün öncə də Murad Muradovun ölüm xəbəri yayılmışdı və məlumat təkzib edilmişdi.
Saglamolun.Az