Загрузка...

Doğuşdan sonrakı dövrün gigiyenası

Doğuşdan sonrakı dövr ciftin bütün qişaları, göbək ciyəsinin qalıqları ilə birlikdə uşaq doğulandan sonra uşaqlıqdan ayrılması ilə başlayır və doğuşun üçüncü dövrü sayılır və bu dövr 6-8 həftə davam edir.

Bu dövrdə yeni şəraitə uyğunlaşma, orqanizmin yenidən qurulması baş verir ki, bu da ilk 1-2-ci həftələrə təsadüf edir.

Uşaqlıq tədricən qan və seliklə birlikdə ifraz olunan nekrozlaşmış toxumalardan azad olaraq həcmcə kiçilir. Bu ifrazatlara “loxiyalar” deyilir. 1-ci gündən 5-ci günə qədər seroz-qanlı ifrazatın miqdarı çox olur, sonra azalaraq 10-cu günə rəngi açıqlaşır.

Uşaqlığın normal vəziyyətinin daha tez bərpa olunmasına səbəb olan əsas amillərdən biri körpənin ana südü ilə qidalandırılmasıdır. Körpənin fəal şəkildə süd əmdiyi zaman oksitosin hormonu ifraz olunur ki, bu da uşaqlığın yığılmasına səbəb olur. Uşaqlığın normal vəziyyətə qayıtması doğuşdan sonra 10-12-ci günə təsadüf edir.

Uşaqlıq boynu yalnız doğuşdan sonra 3-4-cü həftələrdə bağlanır. Bu səbəbdən də uşaqlıq daxilinə infeksiya keçməməsi üçün həmin dövrdə gigiyenik qaydalara xüsusi dəqiqliklə riayət etmək lazımdır.

Doğuş zamanı aralıq sahəsi zədələnməsə də belə, xeyli genişlənmə və sıxılmaya məruz qalır. Buna görə də doğuşdan sonrakı dövrdə aralıq nahiyəsində ağrıların olması təbiidir. Xüsusilə də doğuş zamanı dölün başının maneəsiz irəliləməsi üçün kəsiklər aparılmışdırsa, bu ağrılar qaçılmazdır. Hər bir yeni tikilmiş yara kimi aralıq kəsikləri və çatların sağalması 7-10 gün tələb edir.

Qadın doğum evində olarkən tibb bacısı aralığın infeksiyalaşmamasına nəzarət edir. Tək kəsik yarası yox, eləcə də bütün doğuş yollarına infeksiyanın düşməməsi üçün doğuşdan sonra gigiyena qaydalarına əməl etmək zəruridir:

- gigiyenik qadın paketlərinin təmizliyinə fikir verin, onları hər 4-6 saatdan bir dəyişin;

- gigiyenik paketləri öndən arxaya doğru hərəkət etdirərək dəyişdirin ki, arxa dəlikdən uşaqlıq yoluna mikroorqanizmlər düşməsin;

- hər bir təbii ifrazatdan sonra aralığı ilıq su və ya antiseptik maye (kalium permanqanatın zəif məhlulu) ilə yaxalayın;

- çalışın ki, yaralar sağalmamış aralığa əlinizlə toxunmayasınız.

Evə qayıtdıqdan sonra çalışın ki, 10 gün və mümkünsə, daha artıq müddətdə istirahət edəsiniz. Təbiətin qanunlarına zidd getməyə çalışmayın; orqanizm yalnız 6 həftədən sonra əvvəlki vəziyyətinə qayıdır və ən azı 2 aydan sonra gücünü tamamilə bərpa edir. Bu dövr ərzində həddən artıq yorulmaq, ağır əşyalar daşımaq qadağandır. Nahardan sonra istirahət edin, gün ərzində 7 saatdan az yatmayın!

Doğuşun səhərisi artıq duş qəbul edə bilərsiz. Doğuşdan 10-12 gün sonra vanna qəbul etmək olar. Ancaq aralıqda kəsik yaraları varsa, bunu ehtiyatla etmək lazımdır.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 samira 25.02.2013 22:16
Salam hekim men 2aydi 2nci defe ana olmuşam.2nci evladim olduqdan cemi 10 gun mende menustrasya oldu.sonra tamamile kesildi.arada bir bezen aciq bezen tund reyden ifrazat olur.ancag normal aybaşi olmayb.1ci doguşda 40gun menstrasya oldu sonra kesildi 7gunnen sonra yeniden aybaşi oldu ve her ay normal oldu. Ancak indi evelki kimi olmadi demey olarki ana olannan hec aybaşi oımadi. Bu normaldi ya yox? Balacada ancak ana sudile qidalanir. Sagolun
#2 Administrator 27.02.2013 08:49
Hörmətli Samirə xanım!
Əgər Siz uşağınızı normal əmizdirirsinizs ə, bütün bu dövr ərzində aybaşı olmaya bilər.Bu normal haldır və bu laktasiya zamanı amenoreya adlanır.
Lakin bu ifrazatlarla bağlı mütləq ginekoloqa müraciət edin.
#3 samira 27.02.2013 17:54
Hekim cox uzur istyrem sud verdiyim muddetde eyer aybaşi da olmasa ve ya olsa hamile qala bilerem ya yox? (Hamile qalmaq istemiremde ona gore sorusdum. Cunki abortdan cooxx qo xuram. Qurban oldugum ALLAHdan qorxuram gunah qazanmaq istemirem. Sagolun......
#4 Administrator 28.02.2013 11:50
Hörmətli Samirə xanım!
Bəli, laktasiya dövrü ərzində qadında ovulyasiya baş vermir və nəticədə hamiləlik də mümkün deyil (tam normal əmizdirmək şərti ilə!). Lakin əgər qadın hamilə qalmaq istəmirsə, hətta bu dövr ərzində lazım olan tədbirləri görməlidir.
#5 samira 02.03.2013 08:26
Cox sagolun coox tewekur edirem. ALLH razi olsun sizden.
#6 AYNUR 31.05.2013 15:43
salam .hal -hazirda 9 ayliq hamileyem,uwaga qalandan uzumde sepkiler bawladi,hekime muraciet etdim,dediler hamilelikdendi. indi narahatam ki doguwdan sonra uzumdeki leke ve sepkiler gedecekmi?
#7 Administrator 01.06.2013 07:06
Hörmətli Aynur xanım!
Adətən belə səpgilər və ləkələr doğuşdan sonra yox olur.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика