Uğurla nəticələnmiş 17 saatlıq əməliyyat

Misirli Siam əkizləri 17 saatlıq əməliyyatla ayrılıb.

Bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA xəbər yayıb.

Yayılan məlumata görə, əməliyyat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Bildirilib ki, Misirli Selma və Sare adlı siam əkizləri kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə əməliyyat olunub.

Əməliyyat Ər-Riyaddakı Kral Abdulla Uşaq Xəstəxanasında icra edilib.

Siam əkizlərini əməliyyat edən tibbi və cərrahi qrupun rəhbəri Dr. Abdullah bin Əbdüləziz ər-Rabia açıqlamasında qeyd edib ki, əkizlər ölkəyə 23 noyabr 2021-ci ildə gətirilib.

Qeyd edək ki, əməliyyatda uşaq və plastik cərrahiyyə, anesteziya və digər əlaqəli bölmələrdən ibarət 31 mütəxəssisdən ibarət həkim qrupu iştirak edib. Bundan başqa məlumata görə, əməliyyat 4 mərhələdə icra edilib. Bu mərhələlərin sonuncusu 17 saat davam edib. Ümumilikdə isə əkizlər 57 saat əməliyyatda olublar. Həkimlər əkizlərin vəziyyətinin stabil olduğu açıqlamasını veriblər.

 

medicalmedia.az 

Saglamolun.Az