“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Gədəbəydə monitorinq və araşdırmalara başlanılıb”.
Bu barədə Faktmedia.az-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində inşa olunan süni gölün tikintisi ilə bağlı yaranan problemdən məlumatlıdırlar: “Artıq əməkdaşlarımız əraziyə yollanıb. Bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Saglamolun.Az