14 futluq nəhəng izopod (böcək) Tayvanın paytaxtı Taybeydə ramen restoranının menyusunun ulduzuna çevrilib. İnsanlar şəkil çəkdirmək və yemək yemək üçün növbəyə dayanırlar.
Restoranın sahibi 37 yaşlı Hu bildirib ki, bu qida görünüşünə görə çox cəlbedici, çox yaraşıqlı görünür. Bişirmə üsuluna gəlincə, buxardan istifadə edilir. Bu çox sadədir, ona görə də onu hazırlamaq çox da çətin deyil.
İzopodu 10 dəqiqə buxarda bişirdikdən sonra restoran onu toyuq və balıq bulyonu ilə doldurulmuş ramen qabının üstünə əlavə edir.
Hər qabın qiyməti 1480 Tayvan dolları və ya təxminən 88 manatdır.
Ət sıx bir quruluşa malikdir. Bir az çeynəyəndən sonra xərçəng dadı hiss edilir.
Amma qida mütəxəssisləri sağlamlıq risklərinə görə bu qida ilə bağlı xəbərdarlıq edirlər. Onların sözlərinə görə, bu böcək böyük ölçüdə naməlum növdə toksinlər və ya civə kimi ağır metalları ehtiva edə bilər. Tainan Milli Universitetinin dərin dəniz onurğasızları üzrə ixtisaslaşan Biotexnologiya üzrə dosenti Huang Ming qeyd edib ki, bu növ keçən il Tayvanda rəsmi olaraq tanınıb, amma sağlamlığa təsiri barədə geniş məlumat yoxdur. Bunun üçün ciddi araşdırmalar aparılmalıdır. Tam məlumat bazası yaratdıqdan sonra kütləvi şəkildə insanların yeyə biləcəyi qidalar arasına və restoran menyularına daxil etmək lazım idi.
medicalmedia.az
Saglamolun.Az