Bu infeksion xəstəliklərə yolxuma rekord həddə çatıb

Böyük Britaniyada cinsi yolla keçən xəstəliklərin sayı rekord həddə çatıb.

Bildirilib ki, cinsi yolla keçən xəstəliklərə ən çox yoluxma riski 15-24 yaş arası gənclərdir.

Yayılan xəstəliklər arasında gonoreya və sifilis kimi cinsi yolla keçən xəstəliklər üstünlük təşkil edir.

Ölkənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) paylaşdığı məlumatlara görə, 2022-ci ildə gonoreya xəstəliklərinin sayı bir əvvəlki ilə nisbətən 50%, sifilis xəstələrinin sayı isə 15 faiz artıb.

Agentlikdən verilən açıqlamaya əsasən, 2022-ci ildə sifilis xəstələrinin sayı 1948-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb. Gonoreya isə 1918-ci ildən bəri qeydə alınan ən yüksək həddədir.

2022-ci ildə bir əvvəlki ilə nisbətən 13 % daha çox, yəni 2 milyon 195 min 909 cinsi sağlamlıq müayinəsi və testi aparılıb.

Ən çox diaqnoz qoyulan cinsi yolla keçən xəstəlik xlamidiya infeksiyasıdır. 2022-ci ildə ümumilikdə 199 233 yoluxma qeydə alınıb.

Agentlik cinsi əlaqə zamanı qorunmanın vacibliyini vurğulayaraq, insanları riskli vəziyyətlərdə tədbirli olmağa çağırıb.  Bildirilib ki, prezervativdən istifadə ən yaxşı qorunma üsuludur.

 

medicalmedia.az 

Saglamolun.Az