Загрузка...

Çuğundurun bilmədiyiniz faydaları - təzyiqi salır, bağırsaqları xərçəngdən qoruyur...

Tərkibində A, B, C vitaminləri, fol və pantoten turşusu, kalium, dəmir, maqnezium, yod, mis sink və bir çox digər minerallar, orqanik turşular, pektinlər, qidalı liflər olan çuğundurun orqanizmə faydaları çoxdur.

Olke.az bildirir ki, çuğundur yüksək qan təzyiqini aşağı salır. Bu məqsədlə çuğundur suyundan istifadə edin. Çuğundur suyu qan təzyiqini stabilləşdirir. Amma ifrat dərəcədə istifadə etmək də ziyandır. Yüksək qan təzyiqi olanlar gündə bir stəkan çuğundur suyu içə bilər.

Nəzərinizə çatdıraq ki, qan təzyiqinin yüksək olması infarkt, xroniki ürək çatışmazlığı və böyrək xəstəliklərinə səbəb olur.

C vitamini sayəsində çuğundur damarları və immun sistemini möhkəmləndirir.

Yaşlandıqca beyin qan dövranı zəifləyir. Beyin hüceyrərlərinin qanla zəif təmin edilməsi isə "Alzheimer" xəstəliyi ilə əlaqədardır. Çuğundurun tərkibində olan bəzi maddələr beyin qan dövranını yaxşılaşdırır və beyinin cavanlığını qoruyur.

Çuğundura tünd qırmızı rəng verən betanin güclü antioksidantdır. Orqanizmimiz hər gün kənardan gələn və ya özündə yaranan bir çox zərərli maddələrə məruz qalır. Betanin isə bu maddələri zərərləşdirməyə kömək edir.

Həmçinin betaninin güclü antikanserogen (xərçəng əyehinə) təsiri də var.

Qidalı liflərlə zəngin olan çuğundur bağırsaqların fəaliyyətini normallaşdırır, qəbizlik problemini aradan qaldırır, bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bütün bunları nəzərə alaraq mütəxəssislər çuğunduru bağırsağı xərçəngdən qoruyan ən yaxşı təbii vasitə hesab edirlər.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика