Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının l00 illiyinə həsr olunmuş Müasir Təbabətin Aktual Problemləri konfransı keçirilib.
Konfransda Azərbaycanın 300-ə yaxın görkəmli cərrahı, sağlamlıq turizmi agentlikləri, sığorta şirkətləri, sağlamlıq turizmi ilə bağlı maraqlı tərəflər, Türkiyə Respublikasının Bakıdakı səfiri, Azərbaycan Səhiyyə Nazirliyinin rəsmiləri, ölkəmizin sağlamlıq turizminin nümayəndələri və sektorda fəaliyyət göstərən 20-yə yaxın sahə şirkətləri iştirak ediblər.
Tədbir Türkiyənin səhiyyə sektorunda və sağlamlıq turizmində yüksək potensialının çatdırılması, qurumlarla təşkilatın ziyarətçiləri arasında yeni kommersiya əlaqələrinin qurulması, Azərbaycanın aparıcı cərrahları ilə Türkiyədəki maraqlı tərəflər arasında körpü yaradılması məqsədilə təşkil edilib.
Sevinc Hüseynova
Saglamolun.Az