Twitter-də Yaponiya Səhiyyə Naziri adı ilə paylaşılan və sinə dekoltesi ilə diqqət çəkən qadının fotoları internetdə yayılıb.
Saglamolun.az medicalmedia.az-a istinadən xəbər verir ki, yayılan şəkillər həqiqəti əks etdirmir. Belə ki, əslində şəkillər süni intellekt vasitəsilə hazırlanıb.
Sözügedən fotolar Twitter-də “siyasətçiyə oxşayan gözəl süni intellektli qadının şəkli” başlığı ilə paylaşılıb.
Həmçinin qeyd edək ki, “Twitter”in digər istifadəçiləri qadının Yaponiyanın Səhiyyə Nazirinin həştəqi ilə paylaşılan fotolarının süni intellekt tərəfindən yaradıldığı barədə tvitlər paylaşaraq həqiqəti ortaya qoyublar.
Sosial media fenomeni Yoşi də məsələyə qarışıb və Yaponiyada belə bir nazir olmadığı barədə məlumat paylaşıb. Yoşi türkcə paylaşdığı tvitində "Yaponiya naziri uydurmasını dayandırın. Belə bir səhiyyə naziri yoxdur" deyib.
Qeyd edək ki, hal-hazırda Yaponiyanın Səhiyyə naziri Kato Katsunobudur.
Saglamolun.Az