10-cu sinifdə oxuyan oğlan məktəbli qızı... - KURYOZ OLAY

Tərtərdə 9-cu sinifdə oxuyan qız qaçırılıb.

Məlumata görə, hadisə kənd məktəblərinin birində qeydə alınıb.

Belə ki, 10-cu sinif şagirdi olan oğlan 9-cu sinifdə təhsil alan qızı evlənmək üçün qaçırıb.

Faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə təsdiqləyib.

Onun sözlərinə görə, belə bir hadisə qeydə alınıb, hazıda faktla bağlı araşdırma aparılır:

"Tərtər rayonunda belə bir fakt təsdiqini tapıb. Oğlanla qız arasında iki yaş fərqi var. Hüquq-mühafizə orqanları tərəfindən hazırda araşdırma aparılır".

 

lentaz

Saglamolun.Az