Siqareti tərgitmək istəyirsizsə, bu qoxuları iyləyin – Real nəticə

Siqareti tərgitmək istəyən insanlar alma, vanil, limon, şokolad qoxlasalar, yenidən siqaret yandırmaq istəkləri azalacaq.

Bu nəticədə ABŞ universitetinin alimləri öz elmi araşdırmalarında gəliblər.

Medicina.az bildirir ki, eksperimentdə 232 siqaret çəkən kişi iştirak edib. Onlar siqareti tərgitmək fikrində deyildilər. Təcrübə zamanı onlar bir siqaret çəkir, daha sonra müxtəlif ətirləri qoxulayıblar: alma, portağal, şokolad, limon, nanə və s.

20 saniyə sonra iştirakçılardan yenidən siqaret yandırmaq istəyinin nə dərəcə olması soruşulub.

İştirakçıların bir qismi ətirlərdən sonra siqaret istəyinin 80% -ə endiyini qeyd ediblər.

Beləcə onlar 10 dəqiqə ərzində konteynerdə olan müxtəlif xoş ətirləri qoxulamaqla, hər dəfə siqaret yandırmaq istəklərinin artıb-azalmasını ölçüblər.

Tədqiqatın müəllifi Maykl Sayett bildirib ki, xoş ətirlər beyində nikotin ətrinə olan qıcığı, istəyi azaldır, siqaret çəkmək istəyindən yayındırır.

Ona görə də siqareti tərgitmək istəyənlər bu metoddan istifadə edə bilər. Bunun üçün onlarda siqaretə istəyi azaldan bu 5 qoxudan birini seçib, hər siqaret çəkmək istəyəndə o qoxunu burnunuza yaxın tutsanız, siqaret yandırmaq istəyinizin azaldığını görəcəksiz.

Saglamolun.Az




 

 

 

Super Mama - Hamiləlik Məktəbi

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

 


Яндекс.Метрика