Həkimlərin diaqnoz qoya bilmədiyi QIZ FENOMEN OLDU

 

Böyük Britaniyanın Bukingemşir şəhərində yaşayan yeniyetmə qız hələ 13 yaşında olarkən dodağının kənarında kiçik səpki yaranmağa başlayıb. Amma bu dəri probleminə heç bir diaqnoz qoyulmayıb. 18 yaşına qədər davam edən bu problem qızın bədənin böyük hissəsini zədələyib. 18 yaşlı Nensi Morel bədənindəki bu ləkələri sosial media hesabından izləyicilərlə paylaşıb. Səbəbi hələ də bilinməyən problem hər kəsin diqqətini cəlb edib, qız sosial media fenomeninə çevrilib.

Morel həkimlərin vəziyyəti bu illər ərzində izləməsinə baxmayaraq, hələ də dəqiq diaqnoz qoya bilmədiklərini bildirib. Hətta ona səhv müalicələr tətbiq edildiyini və bunun da ağırlaşmalara gətirib çıxardığını qeyd edib.

“Həkimlər bütün müayinələrin sonunda səpkilərə dəridəki damarların iltihabı problemi olan ürtiker vaskulit diaqnozu qoydular. Həftədə üç-dörd dəfə xəstəxanaya müalicəyə gedirdim. Lakin heç bir irəliləyiş olmadığı üçün diaqnozun səhv olduğu anlaşıldı”,-deyə 18 yaşlı qız öz sosial media hesabında yazıb.

O, bu problemlə yaşamağa öyrəşdiyini və izləyicilərinin də onu belə sevdiyini bildirib.

Sevinc Hüseynova

Saglamolun.Az