Sidik rəngi və qoxusu xəstəliyinizdən xəbər verir - ŞOK ARAŞDIRMA

Sidik rənglərinə görə ciddi xəstəliklərdən xəbər verə bilər.

Bu sözləri rusiyalı Terapevt Olqa Çirkova bildirib.

"Normal sidiyin rəngi saman sarısı və demək olar ki, qoxusuz olmalıdır. Tünd albalı hemolitik anemiyanı və ya ağır infeksiyanı göstərə bilər. Narıncı, yaşılımtıl və ya qəhvəyi rəng qaraciyərin patologiyası, çox tünd olması isə obstruktiv sarılıqdır, o zaman kanaldakı daş mayenon öd kisəsindən axmasına mane olur. Şəkərli diabet və böyrək funksiyasının pozulması nəticəsində sidik demək olar ki, rəngsiz olacaq. İshal və qusmaya səbəb olan infeksiyalarda isə daha tünd olacaq”, - deyə terapevt bildirib.

Eyni zamanda həkimin sözlərinə görə ağımtıl "yağlı" sidik, böyrəklərin yağlı degenerasiyasının əlaməti ola bilər, köpüklü sidik isə ifrazatda zülalların olduğunu göstərə bilər.

“Bundan əlavə bulanıq sidik bədəndə baş verən iltihablı prosesi göstərə bilər", - deyə Çirkova sidik rənginin dəyişməsinə səbəb olan mümkün xəstəliklərdən danışarkən qeyd edib.

Zeynəb Müzəffərli

Saglamolun.Az