Yaponiyada hər 4 nəfərdən biri infeksiyalardan qorunmaq üçün açıq havada tibbi maskadan istifadə edir.
Ölkədə Covid-19-la əlaqədar karantin tədbirləri yüngülləşdirilsə də, insanlar öz sağlamlıqları üçün tədbir görməyə davam edirlər. 2020-ci ilin əvvəlində elan olunan koronavirus tədbirlərinin yüngülləşdirilməsində ən son mərhələ kimi hökumət tibbi maskadan istiadə məcburiyyətini ləğv edib. Amma buna baxmayaraq, insanlar sosial şəraitdə maskadan istifadəyə hələ də üstünlük verirlər.
Aparılan sorğuya əsasən, vətəndaşlar buna adət etdiklərini və maskasız təhlükədə olduqlarını düşünürlər. Statistika göstərib ki, Yaponiyada hər 4 nəfərdən 1-i hələ də küçədə, sosial yerlərdə tibbi maskadan istifadə edir.
Sevinc Hüseynova
Saglamolun.Az