Evli kişilərin sevgilisi olmalıdır? - Tanınmış psixiatrdan ŞOK AÇIQLAMA

“Hər kişinin mütləq bir sevgilisi olmalıdır. Bu sevgilinin kim olduğu, necə olduğu həmin kişidən aslıdır. Nəyinki kişilərin, həmçinin qadınların da sevgilisi olmalıdır”.

Bunu Saglamolun.az-a psixiatr İkram Rüstəmov deyib.

Həkim bilidirib ki, ilk olaraq sevgilinin nə olduğunu şərh etmək lazımdır:

"Sevgili bir insanın həyatında ona dəyər verən, sevən, hörmət edən, əl üstündə tutan və bütün qüsurlarına rəğmən yanında olan şəxsdir. Bu insanın öz həyat yoldaşı da ola bilər, kənarda bir şəxs də ola bilər. Sevgililər arasında mütləq qarşılıqlı doyurucu münasibət olmalıdır. İnsan münasibətlərində önəmli məqam paylaşmaqdır".

Mütəxəssis onu da qeyd edib ki, ən gözəl sevgili zahiri gözəl olan deyil:

"Əsl sevgi göz ilə deyil, ürək ilə olur. Mənəvi olaraq həmin adama qarşı özəl hisslər keçirmək, daxilən sevmək əsl sevgidir. Bununla bağlı bir məsəl də var: “Məcnuna Leylinin çirkin olduğunu deyənlərə, cavabında Məcnun bir də ona mənim gözümlə baxın deyib”.

Sevinc Hüseynova

 

Saglamolun.Az