40 yaşdan sonra hamilə qalsanız...

Əvvəllər 35 yaşındakı hamiləlik gecikmiş hamiləlik sayılırdı. Ancaq artıq qadınlar 40 yaşından sonra belə, hamiləlik planlaşdırırlar.

40 yaşdan sonra planlaşdırılan hamiləliklə bağlı qadınları maraqlandıran sualları cavablandıracaq.

Qadınların təhsilə marağının artması, maddi cəhətdən özlərini təmin etmələri, öz ayaqlarının üstündə dura bilməsi ana olma yaşını gecikdirir. Bəzi qadınlar 30 yaşı keçib 40 yaşlarında ana olurlar. Bu yaşlarda 4 kilodan artıq çəkidə uşaq dünyaya gətirmə ehtimalı da yüksək olur. Ancaq bunun sağlamlıqla əlaqəsi yoxdur. Əksinə, ananın sağlamlığında ortaya çıxan bəzi risklər körpənin bu cür iri olmasına səbəb olur.

Qadınlarda yaş artdıqca normal doğuş şansı da azalır. Məsələn, doğum həbi istifadə etməyən, mütəmadi cinsi yaxınlıq edən 20 yaşlı qadınlardan yüzdə 20-nin hamilə qalma şansı varsa, 35 yaşında bu nisbət yüzdə 10-a, 40 yaşlarda isə yüzdə 5-dir. 40 yaşından sonra yaşanan hamiləliyin əksəriyyəti normal deyil, tibbi yardımlarla baş tutur.

40 yaşından sonra hamilə qalma riskləri nələrdir?

Hamiləlik zamanı qadının bədənində müəyyən dəyişikliklər olur. Ancaq 40 yaşından sonra hamilə qalan qadının ürək-damar, tənəffüs, böyrək, skelet, sinir, dəri, ginekoloji sistem, xüsusən də uşaqlığın yükü artır və təsir görür. Bədəndəki qan miqdarı 50% artır. Gec yaşda yaşanan hamiləlik bu problemləri daha artırır.

Ürək problemi olan qadınlar hamiləliyin 3-6 aylarında ürəklə bağlı ciddi problem yaşaya bilirlər. Ağciyər, qaraciyər, böyrək xəstəliklərində də eyni hal yaşanır.

Ana hamiləlikdən necə təsir görür?

Hamiləlik əvvəlcədən var olan yüksək təzyiq, şəkər kimi xəstəlikləri ağırlaşdırır. Yaşlı hamilədə yüksək təzyiq, hamiləlik zəhərlənməsi, ürək-damar xəstəlikləri, şəkər kimi problemlər daha çox görülür. Bu yaş hamiləliyində uşaqlıqdan kənar hamiləlik riski artır.

Hamiləliyin ilk 3 dövründə plasentanın tez qopması, plasentanın öndə olma sıxlığı da qanamalarda artıma yol açır.

Körpəyə necə təsir edir?

Düşmə riski 30%-ə kimi çıxır. Plasenta qanama problemlərilə bağlı olaraq qidalanma problemləri də körpəyə təsir edir. Erkən doğuş, inkişaf geriliyi və ölü doğulma ehtimalları da çox olur.

İrəli yaş hamiləliyində ən böyük risk monqol uşaq doğma şansının artımıdır. Bu risk ana 20 yaşında ikən 10 mində 1, 35 yaşında mində 3, 40 yaşında yüzdə bir nisbətində rastlanır.

Monqolizm və başqa xromosom xarakterli xəstəliklərin səbəbi ananın yumurtalarının qocalması və zərərli kimyəvi maddə, rentgen, infeksiyalara çox məruz qalmasıdır.

40 yaşından sonra hamilə qalanların doğuşu necə olur?

Bu yaşda hamilə olanların doğuş mərhələləri daha uzun davam edir. Doğuşların çoxu qeysəriyyə ilə gerçəkləşir.

Bu yaşda qadınların vaginal bölgəsi daha elastik olduğu üçün yırtıq, qanama, sidik qaçırma kimi problemlər ortaya çıxır.

Risklər erkən müdaxilə ilə yox edilə bilər.

Bu yaşda hamilə qalan qadınlar mütəxəssisə baş vurub, hamiləlikdən əvvəl qadında yaşanan qansızlıq, şəkər, tiroit xəstəlikləri, yüksək təzyiq, ürək xəstəliyi, ağciyər, böyrək və digər sistemlərlə bağlı müayinədən keçməlidir.

Aile.lent.az

.

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Mirvari Cəlilova

Mirvari Cəlilova

Kardiologiya

Həkim-kardioloq İş stajı – 10 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

 


Яндекс.Метрика