Qripin ağır forması və onun nəticələri insanda depressiyaya, panik ataklara və ölüm düşüncələrinə səbəb ola bilər.
Bu sözləri psixoloq, reqressoloq Yekaterina Qolubeva deyib.
Onun sözlərinə görə, qripə yoluxmuş ağır xəstələrdə apatiya və gücsüzlük yarana bilər.
"Virusun buraxdığı toksinlər ümumi vəziyyətə və sağalma prosesinə də təsir edir. Onlar təkcə immun sisteminə və daxili orqanlara dağıdıcı təsir göstərmir, həm də mərkəzi sinir sisteminə də təsir edə bilər", - Qolubeva Ura.ru saytına müsahibəsində izah edib.
O vurğulayıb ki, müalicə zamanı qəbul edilən dərmanlar da insanın psixi vəziyyətinə təsirsiz ötüşmür. Həmçinin qeyd edib ki, hər kəsin psixi xəstəliyə meyli fərqlidir və dərmanların mərkəzi sinir sisteminə kimyəvi təsiri onların inkişafı üçün aktivatora çevrilə bilər. Bəzən həkimin qarşısında xəstənin ölümü ilə bu nəticələri müalicə etmək seçimi dayanır. Və bəzən xəstələr özlərini müalicə etməklə özlərini pis vəziyyətə sala bilirlər./publika.az
Saglamolun.Az