Nazpəri Dostəliyeva bacısı haqqında: Böyrəkləri müalicəni qəbul etmirdi...

"Yaxşı deyildi, apardım xəstəxanaya. İki həftəyə yaxındır ki, xəstəxanada idi. Həkimlər çox çalışdılar, amma gec idi. Mən də bilirdim ki, çox gecdir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva media nümayəndələrinə açıqlamasında deyib. Ötən gecə dünyasını dəyişən bacısı Zeynəb Dostəliyevadan danışan Nazpəri onun durumunun ağır olduğunu söyləyib:

"Ötən gün həkimlər zəng vurdu ki, böyrəkləri fəaliyyətini dayandırıb. Səhər saat 08:00 radələrində həkimlər dedilər ki, böyrəkləri dərmanları qəbul etmir. Bacardığım qədər yardım etməyə çalışdım".

Qeyd edək ki, Z.Dostəliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Saglamolun.Az