Pensiyaçılar üçün yaşayış minimumu artırılacaq

 

Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.

Xezerxeber.az xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, növbəti ilin sonuna orta aylıq pensiya məbləği üzrə proqnozlaşdırılan artım tempi orta aylıq əmək haqqının artım tempi ətrafında olsa da, pensiya xərcinin cari ilin sonuna gözlənilən pensiya xərcindən 17,7% çox nəzərdə tutulur. 

Saglamolun.Az