Bakıda 21 yaşlı qız çəngəl uddu - Foto

Bakıda 21 yaşlı gənc qız çəngəl udub.

Saglamolun.az “Medicina.az”a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Aysel Həmidova (Ad şərtidir) özün qusdurmaq üçün çəngəldən istifadə edib.

Bu zaman çəngəl boğazına girib. Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko” xəstəxanası) təcili yardımına aparılıb. Daha sonra o, özəl klinikalardan birinə alınaraq, orada əməliyyat olunub.

Saglamolun.Az