Bir neçə gündür hər kəsin bəhs etdiyi dəhşətli qəzanın ardından ərinin ölümünə dözməyərək intihar edən Umudova Nahidə Sadiq qızının qohumları danışıblar.
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində mərhumun yaxınları bildiriblər ki, qəzada vəfat edən Umudov Fəxri və Nahidə bir-birlərini çox seviblər.
18 ildir ailəli olan Nahidə və Fəxrinin 16 il övladları olmurmuş. Maddi vəziyyətləri aşağı olsa da bir-birlərinə daim dəstək olublar.
Onların zəhmətləri ilə tikilən və yeni köçdükləri ev artıq boş qalıb.
Qeyd edək ki, oktyabrın 9-u axşam saatlarında Kürdəxanıda baş verən qəzada 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra mərhumun həyat yoldaşı Umudova Nahidə Sadiq qızı oktyabrın 11-də səhər saat 04:00 radələrində özünü Kürdəxanı qəsəbəsində yaşadığı evin həyətindəki qaz borusundan asıb.
Daha ətraflı verilişi təqdim edirik:
Saglamolun.Az