"Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib".
Bu barədə Bakıdakı 112 nömrəli tam orta məktəbdən BAKU.WS-ə bildirilib.
Qeyd olunub ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb:
"Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
*** 09:34
Bakıda, məktəbdə şagird öz sinif yoldaşı tərəfindən döyülüb.
BAKU.WS xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılıb.
Hadisənin 112 nömrəli məktəbdə baş verdiyi iddia edilir. Videoda bir məktəbli digərinə yumruq atır. Görüntülərin digər şagirdlər tərəfindən lentə alındığı deyilir.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirdi ki, görüntülərdən xəbərdardırlar, hazırda araşdırma aparılır.
DİN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyildi ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar. Faktla bağlı araşdırma aparılır.
Həmin videonu təqdim edirik:
Saglamolun.Az