Abşeronda dəhşət: İki yaşlı körpə binadan yıxılaraq öldü

Abşeron rayonunda iki yaşlı körpə yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb.

“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Saglamolun.Az