Xəbər verildiyi kimi, bu il Aşura günü avqustun 8-nə təsadüf edir. Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, qanvermə aksiyası aşağıdakı məscid və ziyarətgahlarda keçiriləcək:
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı;
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı;
Nizami rayonu “Şah Abbas” məscidi;
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı;
Suraxanı rayonu Qaraçuxur məscidi;
Yasamal rayonu “Təzə Pir” məscidi;
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
Saglamolun.Az