Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı yayılıb.
Azmedia.Az xəbər verir ki, həmin səsdə müəllimin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib: “Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.
Saglamolun.Az