Nurlan Əzizbəyli: 105 kiloqram idim, indi 67-yəm

"Bu əməliyyatdan sonra hansı verilişə gedirəmsə, təəccüblənirlər. Uşaqlıqdan artıqçəkili olmuşam, gözlərinə inanmırlar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli "Xoş beş" proqramında deyib. İfaçı bildirib ki, 38 kiloqram çəki atıb.

Proqramın aparıcısı İlhamə Bədəlova Nurlanı tanımadığını deyərək "Qapıda görüşənda üzünə baxmayana qədər, bilmədim kiminlə görüşürəm" sözlərini əlavə edib.

Nurlan isə hələ yenə arıqlayacağını söyləyib:

"45 yaşa qədəm qoymuşam. Ona görə də artıq çəki səhhətimdə problem yaratdı. 105 kiloqram idim, indi 67-yəm. Hələ 3 kiloqram da arıqlamalıyam. Əvvəl həkim dedi ki, 60 kiloqram olmalısan, indi deyib 65 bəsdir. İdman, pəhriz etdim, cəmi 10 kiloqram atırdım. Sonra ikiqat geri alırdım. Ayaqla gəzən insanam, köklük buna mane olurdu".

Nurlan bildirib ki, həyat yoldaşı nərmin də artıq çəkidən xilas olmaq üçün mədəkiçiltmə əməliyyatı etdirib:

"Nərmin hələ 20 kiloqram arıqlayıb".

Saglamolun.Az