Uşağın anadan olmasına görə müavinət məbləği ARTIRILIR

Uşağın anadan olmasına görə müavinət məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur.

Saglamolun.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

Saglamolun.Az