Türkiyənin İstanbul şəhərinin Sultanqazi bölgəsində aptekə gələn 2 Əfqanıstan vətəndaş əllərindəki yaraları göstərərək dərman istəyib.
Əczaçı yaraların "meymun çiçəyi" ola biləcəyindən şübhələnib və aidiyyəti şəxslərə məlumat verib.
Xəzər TV bildirir ki, polis və tibb işçiləri aptekdən çıxan 2 əfqanı və yoldaşlarını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.
Meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 3 nəfər aparıldıqları xəstəxanada müayinədən keçirilib. Yaraların səbəbləri araşdırılır. Yaraların suçiçəyi səbəb ola biləcəyi ehtimalı da müzakirə edilir.
Saglamolun.Az