Bakıda partlayış zamanı xəsarət alanların son durumu açıqlandı — VİDEO



Ötən gün Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Baku TV-nin müxbiri Bakıda gecə klubunda partlayış zamanı xəsarət alanların bir hissəsinin yerləşdirildiyi Nərimanov Tibb Mərkəzindən reportaj hazırlayıb.

Tibbi Mərkəzin baş həkimi bildirib ki, bu gün saat 03:00 radələrində yanıq mərkəzinə ağır vəziyyətdə olan 16 yaralı daxil olub:

“Vəziyyətlərinə görə 6 nəfər ağır yaralı olduğu üçün reanimasiya şöbəsinə, digər 10 nəfər isə palatalara yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan xəstələrin müalicəsi davam edir. Palatalarda olan xəstələrin isə vəziyyəti stabildir”.

Saglamolun.Az