"Toppuş bacı": Allahdan möhlət istəyirəm ki, körpəmi böyüdüm

"Xəstəlik qoymadı yaxşı qalam, üzümdə qırışlar yarandı. 1973-cü il təvəllüdlüyəm. Rəbbimdən heç bir istəyim yoxdur. Bir balaca möhlət istəyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva "Xəbər-ətər" proqramında deyib. Xərçəngdən əziyyət çəkən aktrisa övladından danışıb:

"Allah nə veribsə,  şükür etmişəm. Bircə sağlam möhlət istəyirəm ki, körpəmi böyüdüm. Həyat yoldaşıma deyirəm ki, görəsən məni sevməyən var? O da deyir ki, təbii ki, istəməyənlər var. Zamanında Allahı sevməyən varsa, məni də sevməyənlər var. Sevənlərlə yaşayıram. Məni tamaşaçı duası, həkimlərin peşəkar baxışı və Allahım yaşadır".

Saglamolun.Az