Pandemiya ilə mübarizədə yeni yanaşma

Koronavirus pandemiyası ilə mübarizədə COVID-19 dərmanlarının hazırlanmasına diqqət yetirilməlidir.

Bu cür yeni yanaşma rusiyalı virusologiya professoru Aleksandr Çepurnov tərəfindən irəli sürülüb.

“Peyvəndləmə sahəsində baş verənlərə əsaslansaq qeyd edirəm ki, peyvəndlər steril immunitet yaratmır, insanlar yenə də xəstələnirlər. Terapevtik dərmanların yaranmasının əhəmiyyəti daha aydın görünür. Yeni ştammlar onsuz da qaçılmazdır və onların müalicəsinə ehtiyac olacaq”, - deyə rusiyalı virusoloq bildirib.

Mənbə: Ura.ru

Saglamolun.Az