Məşhur neyrocərrah açıqladı — Beynimiz bunları sevmir

“Bizi idarə edən beyindir. Onu qoruyun. Beynimiz nəyi sevmir? Əgər siz normal səhər yeməyi yemirsinizsə, ayaqüstü nə isə atışdırırsınızsa və eyni anda da telefonla danışırsınızsa, içki içib, siqaret çəkirsinizsə və bütün günü stress keçirirsinizsə, bilin ki, yavaş-yavaş beyninizi öldürürsünüz.

Səhər yeməyi mütləq sakit şəraitdə və zəngin olmalıdır. Çünki bütün günü gümrah qalmaq üçün bizim orqanizmimizə enerji və mikroelementlər lazımdır”.

Ölkə.Az xəbər verir ki, bu sözləri məşhur neyrocərrah, professor Vlad Siuyera açıqlamasında bildirib.

“Hər gün səhərlər oyanan kimi mütləq elementar səhər idmanı edin. Sonra 2 stəkan su için. Birinci stəkan sizin mədə-bağırsaq sisteminizi hərəkətə gətirəcək, ikinci stəkan isə sizi yuxudan tam ayıldacaq. Bundan başqa beynin qidalanması üçün birinci təmiz hava, yağlı olmayan qida və şirni lazımdır. Şirnidən tam imtina etməyin, balı mütləq qida rasionuna daxil edin. Bundan əlavə qara şokaladdan da istifadə edin”.

Bundan başqa professorun məsləhətlərində planşet və telefonlarla çox vaxt keçirənlər üçün də ipucları var.

“Əgər siz vaxtınızın çox hissəsini planşet və telefonlarla keçirirsinizsə, gözləməyin ki, beyniniz buna görə sizə təşəkkür edəcək. İnsanlar müasir dövrdə virtual aləmdə bir-birləri ilə ünsiyyətdə olurlar, bu da beyinə pis təsir göstərir. Biz yaradılışdan canlı əlaqəyə girməyə öyrəşmişik. Beyninizi virtuallıqda öldürməyin”.

Yadda saxlayın, insan beyni gecə də yatmır. O, orqanlarımızın fasiləsiz normal fəaliyyətini tənzimləyir.

Fikir verin, əgər siz gecə bir problemi həll etməkdə çətinlik çəkib o haqda fikirlə yuxuya getmisinizsə, səhər mütləq yeni bir ideya ilə ayılacaqsınız. Beyin fikir, yaddaş və hərəkət arasında əlaqə quraraq sizə problemlərin həllində ideya verir. Ona görə, yuxusuz gecələrlə nə özünüzə, nə də beyninizə əzab verməyin.

Tütün ürəyə olduğu kimi, beyinə də ölümcül zəhərlənmə verir, siz onu yavaş-yavaş öldürürsünüz.

Beynin inkişafı üçün mütləq yağsız ət yeyin. Ən yaxşısı seçiminiz balıq və quş əti olsun. Beyin duzu qəti sevmir. Ondan uzaq dursanız, bu, sizə sağlamlıq bəxş edər”, - deyə professor qeyd edib.

Şirnini həyatınızdan tam çıxarmayın. Qara şokolad, təmiz təbii kakao və bal. Çalışın qida rasionunuzda gündəlik bu qidalar olsun.
Beynin gün ərzində 2 dəfə aktiv vaxti olur. Bu 10.00-12.00 və 16.00- 18.00  zaman kəsimində olan müddətlərdir. Əgər bu zamanlardan xaric beyninizin yorulduğunu hiss etsəniz, qəhvə ilə onu oyada bilərsiniz. Ancaq onu da mütləq aramla için.
Yadda saxlayın, beynin ən gözəl  məşqi gülüşdür. Bunu simanızdan əskik etməyin.

Yaddaşınızı hər zaman təzələyin

Son zamanlar Altsheymer xəstəliyinin yaşı cavanlaşıb. İndi gənclər arasında da bu problem geniş yayılıb.
Bunun üçün hər zaman yaddaşınızı məşq etdirin.

Təmiz havada tez-tez olun, səyahət edin, kitab oxuyun. Sizə nəsə öyrədəcək filmlərə baxın, krossvordlar həll edin. Ən əsası canlı ünsiyyət qurun. Yazışmayın, canlı danışın.

Axşam saat 22.00-dən gec olmadan yatın, yuxu 6 saatdan az olmamalıdır. Beynin də dincəlmək haqqı var.

Beyninizi qoruyun, o sizin ömrünüzün sonuna qədər çiyin-çiyinə addımlayacağınız əsas yoldaşınızdır.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

 


Яндекс.Метрика