Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Yanvarın 22-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 kvadratmetr olan üçotaqlı mənzildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində mənzilin eyvanı, kondisioner və kombi avadanlığı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Saglamolun.Az