TƏBİB Yeni illə bağlı əhaliyə müraciət edib

Yeni il bir ailə bayramıdır, gəlin, bir-birimizi qoruyaq, gigiyenik qaydalara riayət edək.

Trend-in məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, Yeni illə bağlı kütləvi toplanma halları olacaq.

"Bu səbəbdən ciddi tədbirlər görülməlidir. Hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha yaxşıdır. Ona görə də bir yerə çox toplanmayaq”, - deyə o bildirib.

Saglamolun.Az