Azərbaycanda qəribə hadisə: Sağlam qadın sistemdə ölmüş kimi qeydə alınıb – VİDEO

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydə alınıb.

Rayonun Hindarx qəsəbəsinin sakini Minarə Əliyeva bu səbəbdən çıxılmaz vəziyyətə düşüb.

Minarə Əliyeva bildirib ki, o bu ay əmək müqaviləsini təzələyərkən ona deyiblər ki, səbəb onun sistemdə ölmüş kimi qeydiyyata salınmasıdır.

O həm də qeyd edib ki, məsələ ilə bağlı Ağcabədi rayon Asan Xidmət mərkəzinə müraciət edib və ordan bildirilib ki, 1971-ci il ildə guya o Kəlbəcər rayonunun yaylağında vəfat edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Saglamolun.Az