Əhali ən çox bu xəstəliklərdən ŞİKAYƏTÇİDİ

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Yevlax, Xaçmaz, Quba, Bərdə, Şəki, Balakən, Göyçay və Zaqatala rayon mərkəzi xəstəxanaları daxildir.

İcbari Tibbi Sığortadan verilən məlumata görə, ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunda isə Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Quba Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş, Xaçmaz, Qusar və Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Göyçay və Bərdə rayon mərkəzi xəstəxanaları yer alıb.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu,sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, mamalıq və ginekologiya, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri və sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Qeyd edək ki, bütün ölkə üzrə oktyabr ayı ərzində 602 186 nəfər 1 005 381 müraciət üzrə 2 306 645 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 897 240 -ı ambulator, 409 405-i isə stasionar şəraitdə göstərilib./modern.az

Saglamolun.Az