Yuxunun sağlamlığa böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Oxu.az bildirir ki, bu barədə “MedicalXpress” nəşrində dərc olunub.

Tədqiqatın gedişində bioloqlar yüksək dəqiqlikli mikroskopiya vasitəsilə danio-rerio balıqlarında neyronların 3D görüntülənməsini həyata keçirib. Bu, gündəlik dövrələr zamanı xromosomların fəaliyyətini yaxından izləməyə imkan verib.

Məlum olub ki, canlı oyaq olan zaman onun DNT-də zədələnmələrin sayı artmağa başlayır. Uzunmüddətli yuxusuzluq onları təhlükəli səviyyəyə çatdıra bilir.

Alimlərin sözlərinə görə, yuxu hüceyrə nüvəsinin funksiyasını qoruyub saxlayır, xromosomların dinamikasının qaldırır, hər bir neyronda genetik materialı bərpa edir.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика