Vətən müharibəsi şəhidinin bacısı faciəli şəkildə vəfat edib.
Lent.az xəbər verir ki, bu haqda Binəqədi rayon 283 nömrəli tam orta məktəbin “facebook” səhifəsində paylaşım edilib.
Paylaşımda bildirilir:
“Bu günü acı bir xəbərlə açdıq. Məktəbimizin məzunu Şəhid Rəşad Ağayevin bacısı 10 ç sinif şagirdi Tamella Ağayeva dəm qazından boğularaq dünyasını dəyişib. Məktəbin müəllim və şagird heyəti Tamellanın ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir”.
Qeyd edək ki, Ağayev Rəşad 44 günlük Vətən Müharibəsinin Suqovuşan cəbhəsində gedən döyüşlər zamanı oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
Saglamolun.Az