Son zamanlar uşaqlar arasında infeksiya yayılmağa başlayıb. Əlamətlər isə fərqlidir. Belə ki, bəzi uşaqlarda qızdırma və baş ağrısı müşahidə edildiyi təqdirdə bəzilərində isə sadəcə ishal və halsızlıq olur.
Mütəxəssislərin fikrincə hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını demək çətindir,amma hər bir virusa qarşı xüsusi müalicə metodu seçilməldir.
Uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Lakin bəzi uşaqlarda bu əlamətlər müşahidə edilsə də, hərarətin yüksəlməsinə səbəb olmur.
Həkim Erkin Rəhimovun sözlərinə görə, hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını demək çətindir.Ancaq bunlar əsasən üst tənəffüs yolları infeksiyasına aiddir. Bu infeksiyalar daha çox 2 yaşdan yuxarı uşaqlarda müşahidə edilir
Həkim bildirib ki, birinci il bağçaya və məktəbə gedən uşaqların tez tez xəstələnmələri onların immunitetinin zəifliyinə dəlalət etmir. Uşağın ayda iki dəfə də xəstələnməsi normal sayılır. Çünki hər dəfə fərqli firuslara yoluxur və bədən onu tanımadığı üçün reaksiya verir. Həkim onu da əlavə edib ki, bu viruslarda mübarizə yolu eyni olduğu üçün valideynlər düşünür ki, eyni virus bədəndə qalır. Amma bu belə deyil.
Erkin Rəhimov qeyd edib ki, xəstəliyə yoluxmuş uşaqlar mütləq şəkildə həkim müayinəsindən keçməli, hər virusa uyğun müalicə metodundan istifadə edilməlidir. (xəzərxəbər)
Saglamolun.Az