Yaqub Zurufçunun həyat yoldaşı: Həkimlər ümidverici heç nə demir

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır”.

Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib: ”Yaqub bəyin vəziyyəti yaxşı deyil, həkimlər ümidverici heç nə demir. Onun əvvəllər böyrəklə bağlı hər hansı problemi olmayıb. Bu, koronavirusun fəsadıdir”.

Saglamolun.Az