Bakıda arı sancması 62 yaşlı kişinin ölümünə səbəb olub.
“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Müşfiqabad qəsəbəsində 1959-cu il təvəllüdlü Məmməd Bayramovu arı sancıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Saglamolun.Az