Xərçənglə mübarizə aparan Tahirə əməliyyat olunacaq

Bir müddət öncə xərçəngdən əməliyyat olunan jurnalist, ARB TV-nin aparıcısı Tahirə Məmmədqızının səhhəti yenidən pisləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Tahirə Milli Onkologiya Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onu bu gün təcili əməliyyat edəcəklər.

Qeyd edək ki, bundan öncə T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş aşkar edilib, daha sonra əməliyyat edilmişdi.

Saglamolun.Az