Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa kimyaterapiya alacağını bildirib.
“İllərdi 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik” deyə, “Toppuş bacı” bildirib.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.
Saglamolun.Az