Rusiyanın Novosibirsk şəhərinin 3 saylı Psixiatriya xəstəxanasının baş həkimi Yana Moxnaçeva koronavirus infeksiyasının xoşagəlməz nəticələrindən danışıb.
Psixiatr COVID-19-un yaddaşı zəiflətdiyini deyib.
"Yaddaş və zehni funksiyalar azalır. Bərpa çox ləng gedir, 4 aydan 8 aya və ya daha çox", - ekspert bildirib.
Moxnaçeva infeksiyanın həm xəstəlik zamanı, həm də klinik müalicə sonrası zehni sağlamlığa təsir etdiyini əlavə edib:
"Bir çox yaşlı insan xəstəlikdən əziyyət çəkdikdən sonra çarəsiz və halsız olur. Demensiya əlamətləri özünü göstərir. Zehni fəsadlar gənclərdə də olur. Koronavirusa yoluxanlar psixoz, müxtəlif zehni pozğunluqlar, panik-atak, depressiya, nevroz, obssesiv kompulsiv pozuntu və fobiyalardan əziyyət çəkirlər". (publika.az)
Saglamolun.Az